Polislər sürücüləri bayrama görə təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Polislər sürücüləri bayrama görə təbrik etdi

Sosial

19 Mart 2019 17:05 725


Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən növbəti maarifləndirici tədbir keçirilir. 

BDYPİ-nin şöbə rəisi Rüfət Quliyevin "Yeni Sabah"a verdiyi məlumata görə, tədbir zamanı DYP-nin stasionar postlarında sürücülərə BDYPİ tərəfindən hazırlanmış bukletlər təqdim olunub:

“Həmin bukletlərdə sürücüləri bayram münasibətilə təbrik edən yol polisi onlara müxtəlif tövsiyyələr də verir. Tövsiyyələrin əsas mahiyyəti bayram günlərində səfərə çıxan sürücülərin sürət rejiminə nəzarət etməsi, sürücülərin eyni zamanda sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə olunması, yorğun və yuxusuz halda sükan arxasına əyləşməmək və digər tövsiyələr qeyd olunub”. Sezar pizza

Polis polkovnik-leytenantı əlavə edib ki, bütün postlarda keçirilən tədbirlər sürücüləri maarifləndirmə ilə yanaşı, bayram günləri yol qəzalarının qarşısının alınmasına xidmət edir:

"Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını bayram münasibətilə təbrik edir, onlara təhlükəsiz yol diləyi ilə yol hərəkəti qaydalara əməl etməyi xahiş edirik. Unutmayın ki, səbr və intizam təhlükəsizliyi qarantıdır”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!