Polislər sürücülərin köməyinə çatdı – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Polislər sürücülərin köməyinə çatdı – Fotolar

Rəsmi

11 Fevral 2020 06:27 1384


Respublikanın bir çox bölgələrində olduğu kimi Astara rayonuna da güclü qar yağıb. Qarın yağışı isə ilk növbədə yollarda hərəkətin axınına öz təsirini göstərir. Bu cür hava şəraitində Dövlət Yol Polisi əməkdaşları həm sürücülərin həm piyadaların köməyinə çatıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları istər yolda qalan avtomobillərin hərəkətini davam etdirməsinə, istər sürüşkən yolları keçməkdə çətinlik çəkən piyadalara köməklik göstərərək öz xidməti fəaliyyətlərinin öhdəsindən layiqincə gəldiklərini nümayiş etdiriblər. 

Bununla yanaşı polis əməkdaşları yolların təmizlənməsi, qum və duz səpilməsinin təşkili prosesində də fəallıq nümayiş etidirblər. Gün ərzində hərəkətin axını tənzimlənərək xüsusilə yolayrıclarında nəqliyyatın sıxlığının baş verməsinin qarşısı alınıb. Eyni zamanda yol polisi əməkdaşları qış təkərləri olmayan və texniki cəhətdən bu cür hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrinin sahiblərinə də qarlı-buzlu havada yola çıxmamağı tövsiyyə ediblər. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!