ABŞ İsrail rəhbərliyini Qəzza zolağına müdaxilə etməməyə inandıra bilib.
Yenisabah.az “Poitico”ya istinadla xəbər verir ki, amerikalı səlahiyyətlilər münaqişənin inkişafının qarşısını aldıqlarına əmindirlər.
Ağ Evin nümayəndələri özəl olaraq İsrailin Baş naziri Binyamin Netanyahunu Qəzza zolağındakı hərbi əməliyyatı azaltmağa çağırıblar. Bundan sonra İsrail lideri döyüş əməliyyatlarının bitməsinə bir neçə gün qaldığını bildirib. pizza hut
“Politico” qəzeti ABŞ-ın Fələstin hərəkatı “HƏMAS” da daxil olmaqla, münaqişə tərəfləri ilə Misir arasında danışıqları asanlaşdırdığını yazıb. Nəşrin mənbələri “HƏMAS”-ın mövcud vəziyyətdən çıxış yolu axtardığına işarə edib.
Mənbənin sözlərinə görə, münaqişənin sonunda humanitar yardımın çatdırılması atəşin dayandırılması ilə baş verə bilər.
Xatırladaq ki, İsrail-Fələstin münaqişəsi may ayının əvvəllərində bir neçə ərəb ailəsini Qüdsün Şeyx Cərrah məhəlləsindən qovma cəhdi ilə başlayıb və hadisə fələstinlilərlə İsrail polisi arasında genişmiqyaslı toqquşmalara səbəb olub.
Bundan sonra «HƏMAS» hərəkatı ilə yəhudi dövləti arasında düşmənçiliklər başlayıb.
Mayın 10-dan bu yana Qəzza zolağından İsrail ərazisinə təxminən 3700 raket atılıb, bunlardan 540-ı anklavın özünə düşüb. 1,2 min mərmi “Dəmir Günbəz” raketdən müdafiə sistemi ilə məhv edilib.
Son məlumatlara görə, İsraildə 12 nəfər ölüb, 50-dən çox adam yaralanıb. Fələstində ölənlərin sayı 213 nəfərə çatıb.
Telegram kanalımız