Polkovnikin qəzada xəsarət alan qohumu Bakıya gətirilir

saytların hazırlanması

Evə çatdırılma

Polkovnikin qəzada xəsarət alan qohumu Bakıya gətirilir

Hadisə

15 Dekabr 2025 11:19 733


Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanovun qəzaya düşən ailə üzvlərinin son durumu açıqlanıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasından “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, yaralılardan 3 nəfər artıq evə buraxılıb.

“Avtoqəza zamanı xəsarət alan 2017-ci təvəllüdlü Rəhimov Rüstəm Qoşqar oğlu müalicə məqsədi ilə Bakıdakı özəl xəstəxanaların birinə göndəriləcək”. Toyuqlu pizza

Ramaldanovlar ailəsinin qəza zamanı həlak olan 2 üzvü Bakıda dəfn ediləcək. Polkovnik İlham Ramaldanovun qızı Tamilla Ramaldanova və ailəyə yaxın qohum olan 43 yaşlı Cəmilə Bağırova Yasamal rayonunda yerləşən “Qurd qapısı” qəbristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Ramaldanov qardaşlarından biri, polkovnik İlham Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndi ərazisində qəzaya düşüblər.

Hadisə nəticəsində ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla Ramaldanova və ailəyə yaxın qohum olan 43 yaşlı Cəmilə Bağırova aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!