Polşa klubu Musa Qurbanlı üçün 350 min avro ödəməyə hazırdır 

Polşa klubu Musa Qurbanlı üçün 350 min avro ödəməyə hazırdır 

İdman

16 Dekabr 2022 13:01 592


Polşanın “Poqon” klubu “Qarabağ”ın futbolçusu Musa Qurbanlı üçün 350 min avro ödəməyə hazırdır. 

Yenisabah.az xəbər verir ki, bu barədə Polşanın “24kurier.pl” saytı məlumat yayıb.

Ekstraklassa təmsilçisinin 20 yaşlı hücumçunun keçidində israrlı olduğu bildirilir. 

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu olan gənc forvard bu mövsüm Azərbaycan kuboku da daxil olmaqla 15 oyunda 13 qol vurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!