Polşa klubundan millimizə dəvət aldı

saytların hazırlanması

Evə çatdırılma

Polşa klubundan millimizə dəvət aldı

İdman

09 Noyabr 2022 16:00 1061


Polşanın “Visla” (Plotsk) klubunun müdafiəçisi Anton Krivotsyuk Azərbaycan millisinə dəvət olunub.

Yenisabah.az qol.az-a istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Krivotsyukun Moldova və Şimali Makedoniya ilə yoxlama oyunlarına dəvət aldığı bildirilib.  Dominos pizza

Xatırladaq ki, Azərbaycan millisi noyabrın 16-da Kişinyovdakı “Zimbru” stadionunda Moldova yığmasının qonağı olacaq. Bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Ayın 20-də isə yığmamızı Skopyedəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə matç gözləyir. Bu qarşılaşma isə Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!