Polşada mötəbər turnir: 7 boksçumuz finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Polşada mötəbər turnir: 7 boksçumuz finala yüksəldi

İdman

13 Noyabr 2022 14:00 805


Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. 

Boks Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, Azərbaycan milli komandasının daha 2 üzvü finalda iştirak hüququ qazanıb.1/4 final mərhələsində ermənistanlı Armen Quşçiyanın rinqə çıxmaması səbəbindən qalib elan olunan Məsud Yusifzadə (51 kq) yarımfinalda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

57 kq-da döyüşən Ümid Rüstəmov Tirzoman Eysebyunun (Rumıniya) ardınca Şon Persellə (İrlandiya) də gücünü göstərib. Rəqibini məğlub edən boksçumuz adını finala yazdırıb. pizza hut

Ruslan Qədirov (54 kq) yarımfinalda Yakub Krjpeytlə (Polşa) münasibətinə aydınlıq gətirib. Rəqib mərhələ adladığından Avropa çempionatının finalçısı bürünc medalla kifayətlənib.

Digər boksçumuz Sərxan Əliyev də turniri 3-cü pillədə bitirib. 71 kq-da gücünü yoxlayan idmançı yarımfinalda polşalı Damyan Durkajla döyüşüb və rəqib qələbə qazanıb.

Nəticədə Azərbaycan yığmasının heyətində finalda mübarizə aparacaq boksçularının sayı 7-yə, bürünc medal qazananlar isə 4-ə çatıb.

Bu gün baş tutacaq final mərhələsində Məsud Yusifzadə (51 kq) Yakub Slominskini (Polşa), Ümid Rüstəmov (57 kq) Patrik Adamusu (İrlandiya), Malik Həsənov (63,5 kq) Roman Samueli (Rumıniya), Nəbi İsgəndərov (67 kq) Pavel Suleçkini (Polşa), Murad Allahverdiyev (80 kq) Andrey Çiryasovu (Moldova), Alfonso Dominqes (86 kq) Klemens Şepanyakı (Polşa) və Məhəmməd Abdullayev (+92 kq) Radoslav Kavjakı (Polşa) sınağa çəkəcək.

Qeyd edək ki, komandamızın heyətində Qədirov və Əliyevdən öncə Eldar Quliyevlə (86 kq) Rauf Rəhimov (92 kq) da bürünc medal qazanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!