“Qarabağ” klubunun daha bir hücumçusu ölkə xaricində çıxış edə bilər.
Yenisabah.az "sportowefakty"yə xəbər verir ki, Musa Qurbanlı yenidən Polşa komandası olan “Pogoń Szczecin”in gündəminə gəlib.
Polşa təmsilçisi bir müddətdir ki, M. Qurbanlı ilə yaxından maraqlanır. Klub artıq Azərbaycan yığmasının da üzvü olan forvard üçün “Qarabağ”la danışıqları sürətləndirib və razılaşmaya yaxındır. Dördpendirli pizza
Hücumçu bu mövsüm Azərbaycan Premyer Liqasında 15 oyunda 12 qol vurub.
Xatırladaq ki, M. Qurbanlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.
Telegram kanalımız