Polşalı məşqçilər təcrübə üçün “Qarabağ“ın düşərgəsində

Polşalı məşqçilər təcrübə üçün “Qarabağ“ın düşərgəsində

İdman

29 Noyabr 2022 14:22 524


Polşanın 3-cü liqasında çıxış edən "Veçista" klubunun baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanusz Svierad "Qarabağ"da təcrübə keçmək üçün Bakıya gəliblər.

Yenisabah.az "Sportowy24"a istinadən xəbər verir ki, onlar Misli Premyer Liqasında dünən "Zirə"yə qarşı keçirilən matçı (0:0) stadiondan izləyiblər. Polşalı mütəxəssisləri Ağdam təmsilçisinin nəticələri və Qurban Qurbanovun komandanı uzun müddətdir çalışdırması cəlb edib.

Marzec 2019/2020 mövsümündə "Stal"da işlədiyi dönəmdə belə təşəbbüsünün olduğunu söyləyib: "Biz bu klubla əlaqəsi olan Avropa Parlamentinin deputatı Tomaş Poreba ilə belə bir təcrübə keçmək şansının mümkün olması barədə danışdıq. Daim əlaqə saxladığımız üçün bu yaxınlarda yenidən mövzuya qayıtdıq. Bizim praktik olaraq hər şeyə çıxışımız var. Buradakı heyət çox yüksək peşəkarlıq səviyyəsində fəaliyyət göstərir. Maraqlıdır ki, komandanın məşq etdiyi baza heç də böyük deyil. Stadion, məşq meydançası, hər şəraiti olan otel onların ehtiyaclarını tam ödəyir. Onlarda iş üçün lazım olan hər şey mövcuddur. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun köməkçiləri Avropanın bir çox tanınmış klublarında təcrübə keçir, müasir futbolun nə olduğunu bilirlər.  Bu səfər bizim üçün fərqli təcrübədir. Çünki başqa ölkədə, fərqli şəraitdə işləməyin necə olduğunu görmək həmişə xoşdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!