Pompeonun fikirləri ABŞ hökumətinin mövqeyi ilə uyğun deyil

saytların hazırlanması

Evə çatdırılma

Pompeonun fikirləri ABŞ hökumətinin mövqeyi ilə uyğun deyil

Siyasət

16 Oktyabr 2020 15:36 901


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Maykl Pompeonun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə münasibət bildirib.

XİN-dən Yenisabah.az-a verilən açıqlamada deyilir:

"Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Maykl Pompeo bu ilin 15 oktyabr tarixində “WSB Atlanta” televiziya kanalında Erik Erikson Şou verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Dominos pizza

Azərbaycan tərəfi hesab edir ki, ABŞ Dövlət Katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil.

Bu fikirlər, həmçinin ABŞ-ın ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələrindən biri kimi statusuna uyğun gəlmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!