Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları keçirilir.
Yenisabah.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Marqarita pizza
Günün digər oyunu isə “Sumqayıt”la “Səbail” arasında keçiriləcək.
Xatırladaq ki, daha öncə “Kəpəz” “Sabah”a, “Şamaxı” isə “Zirə”yə 0:3 hesabıyla uduzub. Tura sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXXIII tur
7 may
“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Teymur Teymurov, Əli Əliyev.
Tovuz şəhər stadionu, 15:00.
“Sumqayıt” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Səbuhi Bayramov.
“Kapital Bank Arena”, 19:00.
Telegram kanalımız