Bu gün Misli Premyer Liqasında 14-cü tura yekun vurulacaq.
Yenisabah.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək. Gəncə təmsilçisi qələbə qazanarsa, "Səbail" və "Şamaxı"nı geridə qoyaraq 7-ci pilləyə yüksələcək.
Digər matçda isə "Qarabağ" "Sabah"ın qonağı olacaq. "Sabah" Ağdam təmsilçisini məğlub edəcəyi təqdirdə bu komanda ilə fərqi 2 xala endirəcək. "Qarabağ" isə qalib gəlməklə "Sabah"la fərqi 8 xala çatdıra bilər. pizza hut
13 noyabr (bazar)
14:30.“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Əli Əliyev
Gəncə şəhər stadionu
17:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
“Bank Respublika Arena”
11 noyabr (cümə)
“Şamaxı” – “Sumqayıt” - 4:2
12 noyabr (şənbə)
“Neftçi” – “Qəbələ” - 2:0
“Zirə” – “Səbail” - 1:0
Bombardirlər:
Ramil Şeydayev ("Qarabağ") - 11 qol
Musa Qurbanlı ("Qarabağ") - 11 qol
Coy Lens Mikels ("Sabah") - 7 qol
Emin Mahmudov ("Neftçi") - 6 qol
Runi Eva ("Turan Tovuz") - 6 qol
Telegram kanalımız