Misli Premyer Liqasında 20-ci turun oyunları davam edir.
Yenisabah.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək. Lider "Qarabağ" öz meydanında "Şamaxı" ilə qarşılaşacaq. Digər oyunda isə "Kəpəz" "Səbail"in qonağı olacaq.
Tura fevralın 1-də keçiriləcək iki oyunla yekun vurulacaq.
31 yanvar (çərşənbə axşamı)
16:00. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Zöhrab Abbasov, Emin Əliyev
“Azersun Arena”
18:30. “Səbail” – “Kəpəz”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
“ASCO Arena”
1 fevral (çərşənbə)
15:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
17:30. “Neftçi” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Kamal Umudlu
“Bakcell Arena”
30 yanvar (bazar ertəsi)
"Sumqayıt” – “Turan Tovuz” - 2:1
Bombardirlər:
Ramil Şeydayev ("Qarabağ") - 15 qol
Musa Qurbanlı ("Qarabağ") - 13 qol
Emin Mahmudov ("Neftçi") - 10 qol
Coy Lens Mikels ("Sabah") - 10 qol
Aleksey Kaşuk ("Sabah") - 9 qol
Telegram kanalımız