Azərbaycan Premyer Liqasının yeni sponsoru olacaq.
Yenisabah.az xəbər verir ki, bu haqda məlumatı Peşəkar Futbol Liqasının Prezidenti Ramin Musayev “Futbol+” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, fevral ayında yeni sponsorla müqavilə bağlayacaqlar. pizza
Qurum rəsmisi sponsorun Türkiyənin “Misli” şirkətinin olacağını söyləyib. “İnşallah, bu əməkdaşlıq alınar”, – deyə o bildirib.
Qeyd edək ki, "Misli" mərc oyunları şirkəti bu yaxınlarda Azərbaycanda da fəaliyyətə başlayıb.
Telegram kanalımız