Prezident: Ermənistanla normallaşma prosesində irəliləyiş baş verir

saytların hazırlanması

Evə çatdırılma

Prezident: Ermənistanla normallaşma prosesində irəliləyiş baş verir

Siyasət

20 İyul 2024 18:00 641


Sülh sazişinə gəldikdə, mənə xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb. Ermənistan həmin o müddəanı və terminologiyanı (Qarabağla bağlı – red.) oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında səsəndirib.

Hazırda iki məsələnin açıq qaldığını vurğulayan dövlət başçısı qeyd edib: pizza mizza

“Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!