Prezident: İtaliya ilə ticarət dövriyyəsi 15 milyard dolları ötüb

saytların hazırlanması

Evə çatdırılma

Prezident: İtaliya ilə ticarət dövriyyəsi 15 milyard dolları ötüb

Siyasət

26 İyun 2024 13:54 426


Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 15 milyard dolları ötüb.

Yenisabah.az xəbər verir ki, bunu Bakıda İtaliyanın müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə İtaliya bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərir. Toyuqlu pizza

O vurğulayıb ki, Avropa məkanında Azərbaycanın ticarət əlaqələrinin böyük hissəsi İtaliyanın payına düşür.

Dövlət başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və bir sıra layihələrdə iştirakını məmnunluqla qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!