Prezident itlər barəsində kitab yazdı

saytların hazırlanması

Evə çatdırılma

Prezident itlər barəsində kitab yazdı

Dünya

14 Sentyabr 2019 18:35 1331


Prezident Qurbanqulu Berdıməhəmmədov Türkmənistan alabayları haqqında kitab yazıb.

"Yeni Sabah" xəbər verir ki, dövlət başçısı "Türkmən alabayı” adlı kitabın nəşri barədə hökumətin iclasında danışıb. "Yeni əsərdə bir çox minilliklər boyu türkmənlərin sədaqətli yol yoldaşı olmuş bu it cinsinin xarakteri və əhəmiyyəti açılır”, - deyə Türkmənistan lideri vurğulayıb.

Prezident, həmçinin alabaya şer həsr etdiyini də bildirib. O, iclas iştirakçılarını yeni əsərləri qiymətləndirməyə və onlar haqqında fikir bildirməyə çağırıb. pizza sifarişi

Bu, Berdıməhəmmədovun ilk ədəbi əsəri deyil. Prezident buna qədər Türkmənistan mətbəxi, xalçası, musiqisi, atalar sözləri, idmançıları və hərbçiləri barədə kitablar yazıb. Onun kitablarının əsas qəhrəmanlarından biri də ahaltəki atlarıdır.

Türkmənistan prezidenti 2019-cu ilin mayında Rusiyanın Baş Naziri Dmitri Medvedyevə alabay küçüyü hədiyyə etmişdi.

Alabay iti və ahaltəki atı hazırda Türkmənistanın milli sərvəti hesab edilir. Onları rəsmi icazə olmadan ölkə xaricinə çıxarmaq qadağandır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!