“Prezident Kuboku-2022” möhtəşəm atəşfəşanlıqla sona çatdı - Video

saytların hazırlanması

Evə çatdırılma

“Prezident Kuboku-2022” möhtəşəm atəşfəşanlıqla sona çatdı - Video

İdman

07 May 2022 22:56 259


Bu gün Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının bağlanış mərasimi olub.

Yenisabah.az xəbər verir ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşki olunan tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou təqdim edilib.

Sonra flaybordların möhtəşəm çıxışı şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Onlar tərəfindən iri  Azərbaycan bayrağı səmada dalğalandırılıb. Pepperoni pizza

Konsert proqramı ilə davam edən tədbirə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Qeyd edək ki, iki gün davam edən reqatada Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparıb.

Azərbaycan milli komandası reqatada 9 qızıl, 12 gümüş və 12 bürünc medal əldə edib.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!