Koronavirus pandemiyasının ilk günlərindən Azərbaycan kütləvi yoluxmanın qarşısını almaq müəyyən tədbirlər gördü. Ölkədə xüsusi karantin rejimi tətbiq edildi, tibbi maska qıtlığını aradan qaldırmaq üçün müsəssisə yaradıldı, karantin rejimini pozanlara qarşı cəzalar müəyyənləşdirildi və s.
“Yeni Sabah” bildirir ki, nəticədə mart-aprel aylarında yoluxma halı digər ölkələrlə müqayisədə az oldu. Hər halda həmin aylardakı gündəlik statistika belə deməyə əsas verir. Bundan sonra karantin rejimi yumşadıldı. Bununla belə, vətəndaşlara arxayınlaşmamaq, gigiyenik qaydalara riayət etmək, ictimai nəqliyyatda və insanların gur olduğu yerlərdə maska taxmaq tövsiyə olundu.
Amma karantin rejiminin yumşaldılmasından sonrakı statistika göstərdi ki, vətəndaşlar tövsiyələrə əməl etməyib. pizza mizza
Yoluxma halının və infeksiyadan ölənlərin sayının getdikcə artması hökuməti yenidən qaydaları sərtləşdirməyə məcbur etdi. Əvvəlcə ictimai nəqliyyatda, ticarət mərkəzlərində, bir sözlə, insanların toplu halda olduğu yerlərdə maska taxmağın məcburi olduğu bəyan edildi.
Prezident səviyyəsində vətəndaşlara nümunə göstərildi. Ölkə başçısı İlham Əliyev bir neçə gün əvvəl Qarabağ bölgəsinə etdiyi səfərdə tibbi maska ilə görüntüləndi. Səfər çərçivəsində bütün görüşlərdə tibbi maskadan istifadə edən dövlət başçısı vətəndaşlara mesaj verdi ki, bu məsələdə istisna ola bilməz.
Ölkə başçısının tibbi maskadan istifadə etməsi həm də koronavirusla bağlı vəziyyətin ürəkaçan olmadığı barədə deyilənlərin təsdiqi sayıla bilər. Bunun ardınca Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah həftə sonlarında hərəkətin tam məhdudlaşdırılması ilə bağlı qərar qəbul etdi.
Bu qərarı narazılıqla qarşılanlar da oldu. Əksəriyyət isə hesab edir ki, yoluxma halını azaltmaq üçün belə bir addımın atılması zərurət idi.
Vətəndaşların küçəyə çıxma qadağası şənbə və bazar günlərinə aiddir. Bazar ertəsindən yenidən hər kəs sərbəst şəkildə hərəkət edə bilər. Amma gigiyenik qaydalara riayət etmək, tibbi maskadan istifadə yenə də məcburidir. Əvvəla, ona görə ki, hələ iyunun 15-nə qədər Azərbaycanda karantin rejimidir.
İkincisi, artıq ölkənin birinci şəxsi də öz timsalında hər kəsin qanun qarşısında bərabər olduğunu nümayiş etdirib. Bundan sonra qaydalara əməl etməmək təkcə fərdi məsuliyyətsilik deyil, həm də bütövlükdə dövlətə, onun qanunlarına hörmətsizlik sayıla bilər...
Telegram kanalımız