Prezident İlham Əliyev “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında” və “Əmək pensiyaları haqqında” qanunların tətbiqi haqqında sərəncam imzalayıb.
“Yeni Sabah” xəbər verir ki, “Sosial sığorta haqqında” qanunun 18-ci maddəsində on birinci abzas on ikinci abzas hesab edilib və aşağıdakı məzmunda on birinci abzas əlavə olunub:
“sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir;”. pizza mizza
“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna aşağıdakı məzmunda 6.3-cü maddə əlavə edilib:
“6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.
“Sosial müavinətlər haqqında” qanuna aşağıdakı məzmunda 10.1-1-ci maddə əlavə edilib:
“Müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.
“Əmək pensiyaları haqqında” qanuna aşağıdakı məzmunda 30.1-1-ci və 31.1-1-ci maddələr əlavə edilib:
“30.1-1. Əmək pensiyalarının təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
31.1-1. Bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.
Telegram kanalımız