Prezident “Tvitter”də paylaşım etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Prezident “Tvitter”də paylaşım etdi - Foto

Siyasət

08 Noyabr 2020 19:00 2469


"Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!".

Yenisabah.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "Tvitter" hesabındakı paylaşımda qeyd edib.

"Şuşanın azad edilməsi müjdəsinin Şəhidlər xiyabanında səsləndirilməsi təsadüfi deyil. Biz torpaqlarımızı xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına işğalçılardan azad edirik. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. pizza sifarişi

Biz qələbə əldə etmək üçün bu illər ərzində məqsədyönlü şəkildə güc topladıq. Qələbəmizi şərtləndirən əsas amillər iqtisadi müstəqillik, güclü müasir ordu, milli həmrəylik və beynəlxalq səviyyədəki uğurlarımızdır", - deyə Prezident qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!