Prezident Yun Sok Yolu təbrik etdi 

saytların hazırlanması

Evə çatdırılma

Prezident Yun Sok Yolu təbrik etdi 

Siyasət

03 Oktyabr 2024 11:12 422


Azərbaycan Prezidenti İlham Əliyev Koreyanın Prezidenti Yun Sok Yola təbrik məktubu göndərib. 

Yenisabah.az-ın məlumatına görə, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,  Pepperoni pizza

Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. 

Azərbaycan Koreya ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir. 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!