Azərbaycanın daha 8 yaşayış məntəqəsi işğaldan azad olunub.
Yenisabah.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Twitter” hesabında məlumat verib.
Qeyd olunub ki, Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacıisaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad edib. Toyuqlu pizza
Eşq olsun Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
Telegram kanalımız