Prezidentə qarşı impiçment proseduru yenidən başlayır

saytların hazırlanması

Evə çatdırılma

Prezidentə qarşı impiçment proseduru yenidən başlayır

Dünya

07 Oktyabr 2024 11:54 469


Hakim “Gürcü arzusu” partiyası prezident Salome Zurabişviliyə qarşı yenidən impiçment proseduruna başlayır.

Yenisabah.az xəbər verir ki, prosedur simvolik xarakter daşıyır, çünki yekun qərarı oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra növbəti parlament verməlidir.

Parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Zurabişvili hökumətlə razılaşdırılmamış xarici səfərlər etməklə ölkə Konstitusiyasını pozmaqda davam edir. pizza sifarişi

Gürcüstanda prezident seçkilərinin bu ilin noyabr-dekabr aylarında keçiriləcəyi gözlənilir.

Keçən ilin oktyabrında “Gürcü arzusu” Zurabişviliyə qarşı impiçment prosedurunu başlatmağa uğursuz cəhd etdi. Partiya onu prezident səlahiyyətlərini aşmaqda ittiham edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!