“Ümumiyyətlə, son günlər baş verənlər açıq təxribar mənzərəsi canlandırır. Kimlərsə Azərbaycanda Gəzi olaylayına bənzər hadisələrin təkrarlanmasını arzulayırlar”.
Bunu “Yeni Sabah”a açıqlamasında siyasi şərhçi Azər Rəşidoğlu deyib. Xətai rayonunun ərazisində ağacların kəsilməsi və dövlət qurumlarının bu olaya susqunluğu, həmçinin Malakan kilsəsi ətrafında baş verən olayları şərh edən A. Rəşidoğlu bildirib ki, İçərişəhər hadisələrində də müşahidə etdiyimiz də bu idi.
“Kimlərsə kütləvi aksiyalara səsləyirdi və hətta xalq yazıçısı Çingiz Abdullayevi mitinqin əsas təşkilatçısı kimi qələmə verirdi, kimlərsə hərbi hissələri aksiyaya dəvət edirdi. pizza sifarişi
Bir sözlə, təxribat elementləri göz önündə idi və prezident İlham Əliyev bunun qarşısını aldı.
İndi də ağacların kütləvi qırılması və malakan kilsəsinin sökülməsinin şahidiyik. Bunu edənlər birmənalı şəkildə idarə olunurlar və şüurlu şəkildə təxribat həyata keçirirlər.
Digər tərəfdən, burada söhbət yalnız daxili amillərdən də getmir. Bir çoxları düşünür ki, biz ölkəni uçurumdan xilas etməliyik və Avrointeqrasiya meyllərini qorumalıyiq. Rusiya isə bunu istəmir.
Odur ki, hakimiyyətdə olan bəzi məmurların vasitəsilə təxribatlara cəhd olur.
Bu rüşvətxor və harın məmurlar heç nədən çəkinmirlər. Elinanın qətlinin üstünü örtən də bu insanlardı. Ölkə başçısı onları cəzalandırmasa, çox ciddi problemlər baş verə bilər”.
Telegram kanalımız