Prezidentin oğlu Qətərdəki Dünya Çempionatında qol vurdu

Prezidentin oğlu Qətərdəki Dünya Çempionatında qol vurdu

İdman

22 Noyabr 2022 10:00 773


Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının ilk turunda ABŞ milli komandasının Uelslə oyunda vurduğu qol prezident oğlunun adına yazılıb.

Yenisabah.az xəbər verir ki, "Əhməd ibn Əli" stadionunda keçirilən görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Hesabı oyunun 36-cı dəqiqəsində ABŞ milli komandasının oyunçusu Timoti Vea açıb.

Qeyd edək ki, Timati Afrikada yerləşən Liberiya dövlətinin prezidenti, keçmiş futbolçu Corc Veanın oğludur. ABŞ millisinin üzvü olan 22 yaşlı hücumçu Fransanın "Lill" klubunun da oyunçusudur.

56 yaşlı Corc Vea vaxtilə doğma Liberiya millisinin şərəfini qoruyub. Bununla yanaşı, o, “Milan”, “Çelsi”, “Monako”, PSJ, “Mançester Siti”, “Əl-Cəzirə” klublarında da çıxış edib. Corc Vea 1995-ci ildə ən yaxşı futbolçu kimi "qızıl top" mükafatını qazanıb.

"Milan"la iki dəfə İtaliya çempionluğunu, PSJ ilə Fransa çempionluğunu və üç dəfə (bir dəfə "Monako" ilə) Fransa kubokunu qazanıb. O, "Çelsi" ilə İngiltərə Kubokunu da qazanıb. 

Corc Vea 2018-ci ildə Liberiya prezidenti seçilib.

Corc Veanın dörd övladından biri olan Timoti ABŞ-ın Nyu-York şəhəriondə anadan olub. Futbol oynamağa da ABŞ-da başlayıb. O, əvvəldən ABŞ-ın gənclərdən ibarət komandalarında çıxış edib. 18 yaşı tamam olandan bir ay sonra əsas komandaya çağırılıb. Dünya çempionatı Timotinin iştirak etdiyi ilk böyük turnirdir.

Timoti Vea 2019-cu ildən Fransanın "Lill" klubunun oyunçusudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!