Prezidentin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi

Siyasət

27 Sentyabr 2020 14:37 625


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Təhlükəsizlik şurasının iclasında Baş nazir, Milli Məclisin spikeri və digər aidiyyəti strukturların rəhbər şəxsləri də iştirak edib: Dördpendirli pizza

“Dövlət başçısı tərəfindən aidiyyəti strukturlara real vəziyyətlə əlaqəli olaraq lazımi tapşırıqlar verildi. Hər bir dövlət qurumu da bu istiqamətdə öz fəaliyyətini davam etdirməkdədir. Düşmənin bu kimi təxribatlarının qarşısının alınması, Azərbaycan Silahlı Qüvvələri tərəfindən qarşıya qoyulan tapşırığın effektiv şəkildə həyata keçirilməsi istiqamətində hamımızın dəstəyi və səfərbərliyi vacib məqamdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!