Prezidentlərin Fulya Öztürk ilə maraqlı dialoqu - Video

saytların hazırlanması

Evə çatdırılma

Prezidentlərin Fulya Öztürk ilə maraqlı dialoqu - Video

Siyasət

29 Aprel 2023 18:22 4460


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Teknofest” aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Yenisabah.az Redaktor.az-a xəbər verir ki, festival sahəsini tərk edərkən iki lider “CNN Türk”ün xüsusi xəbər rəhbəri Fulya Öztürkün suallarını cavablandırıb.

Müsahibə zamanı maraqlı anlar yaşanıb. Sezar pizza

Türkiyə lideri Fulyaya, “Bunu namizəd edəcəkdim, aradan itdi. Bir az çalış. Bu, tamamilə millidir”, - deyə zarafat edib.

Prezident İlham Əliyev isə, “O, ikinci Qarabağ müharibəsində ən təhlükəli yerlərə getdi. Bizimlə ağladı, bizimlə sevindi, bizimlə qeyd etdi. Bu qız bizim qızımızdır”, - deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!