Priqojinə abidə ucaldıldı

saytların hazırlanması

Evə çatdırılma

Priqojinə abidə ucaldıldı

Dünya

05 Dekabr 2024 01:55 622


Mərkəzi Afrika Respublikasında (MR) Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojinin şərəfinə abidənin açılışı olub.

Musavat.com BBC-yə istinadən xəbəre verir ki, ölkənin paytaxtı Banqidə ötən il təyyarə qəzasında həlak olan Priqojin və onun sağ əli, onunla birlikdə təyyarə qəzasında həlak olan Dmitri Utkinin heykəli ucaldılıb.

Priqojin əlində AK-47 avtomatı olan həmkarının yanında gülləkeçirməz geyimdə və əlində telsizlə təsvir edilib. pizza hut

Mərkəzi Afrika Respublikasının milli polisi verdiyi açıqlamada abidənin ölkə ilə Rusiya arasında “ikitərəfli əlaqələrin bir hissəsi” olduğunu bildirib. Açılış mərasimində müdafiə naziri Rameau Klod Büro və yüksək rütbəli hərbçilər iştirak ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!