Problemli kreditlər durmadan artır – Vəziyyət banklar üçün təhlükəli həddədir?

saytların hazırlanması

Evə çatdırılma

Problemli kreditlər durmadan artır – Vəziyyət banklar üçün təhlükəli həddədir?

Sosial

13 Mart 2025 10:45 620


2025-ci il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 475.1 milyon manat təşkil edib. Bu göstərici cari il yanvarın 1-i ilə müqayisədə 5.8% və ya 26 milyon manat çoxdur.

Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 4.6% və ya 21 milyon manat artıb.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, problemli kreditlərin həcmi hələlik təhlükəli həddə deyil: pizza sifarişi

“Beynəlxalq praktikaya görə, problemli kreditlər ümumi kredit portfelinin 3 faizini keçəndə təhlükəli sayılır. Azərbaycanda bu göstərici 1.8-1.9 faiz civarındadır. Amma problemli kreditlərin həcmi mütəmadi olaraq artır. Əsas təhlükə bu tendensiyadır. Yəni hər il demək olar ki, addım-addım, aybaay problemli kreditlər artır. Bunun da bir çox səbəbi var. Ən böyük səbəb kredit faizlərinin, xüsusən də istehlak kreditlərindəki faizlərin həddən artıq yüksək olmasıdır. Bu, vətəndaşların üzərinə əlavə yükdür”.

Nazim Hacıyev

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!