Prokuror “MTN işi”ndə qərarını dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Prokuror “MTN işi”ndə qərarını dəyişdi

Kriminal

15 Sentyabr 2022 18:23 1856


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyev və onun tabeliyində çalışmış polkovniklər Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovu işində prokuror qərarını dəyişib. 

Yenisabah.az xatırladır ki, dövlət ittihamçısı Mövlam Şıxəliyevin 14, Vüsal Ələkbərovla Yasin Məmmədovun 12, Sahib Ələkbərovun isə 10 il azadlıqdan məhrum edilməsini istəmişdi. 

Lakin o, son məhkəmə prosesində bildirib ki, Vüsal Ələkbərovun cəzasının artırılmasını, yəni onun 12 yox, 15 il azadlıqdan məhrum edilməsini istəyir. Dördpendirli pizza

2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun postundan uzaqlaşdırılması, çoxsaylı generallar da daxil olmaqla, 20-dən artıq vəzifəlinin tutulmasıyla nəticələnən əməliyyatdan sonra həbs olunanlardan biri də Vüsal Ələkbərov olmuşdu. O zaman məhkəmə ona 12 il həbs cəzası kəsmiş, eyni zamanda, 1,2 milyonluq əmlakının müsadirəsinə qərar vermişdi. Sonradan cəza müddəti 5 ilə endirildi, Ali Məhkəmə əmlakını da özünə qaytardı. Bir müddət də keçdi və Ələkbərov şərti cəza ilə azadlığa buraxıldı. Prokuror bu dəfə ona 15 il həbs istəsə də, əvvəlki 5 ilin ona kəsiləcək cəza müddətindən çıxılmasını təklif edib. /Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!