Prokurorluq anasını və bacısını öldürən şəxslə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq anasını və bacısını öldürən şəxslə bağlı məlumat yaydı

Kriminal

10 Mart 2022 17:17 519


Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22 yanvar 1993-cü il tarixli Konvensiyaya əsasən vətəndaş Murad Niftizadənin ekstradisiyası haqqında qərar qəbul edilib. 

Bu barədə Baş Prokurorluqdan Yenisabah.az-a verilən məlumatda bildirilib.

Sabunçu rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Murad Niftizadənin 2019-cu il dekabrın 13-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Dominos pizza

Bu səbəbdən M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə təqsirli bilinib. O, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan ediledilib.

 

Murad Niftizadə Rusiya Fedrasiyasının ərazisində müəyyən edilərək 2021-ci il oktyabrın 17-də həbs olunub. 2022-ci il martın 10-da Rusiyadan Azərbaycana gətirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!