Prokurorluq Bakı sakininin güllələnməsi ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq Bakı sakininin güllələnməsi ilə bağlı məlumat yaydı

Kriminal

22 Fevral 2022 17:30 775


Suraxanı Rayon Prokurorluğu paytaxt sakininin güllələnməsi ilə bağlı məlumat yayıb.

"Yeni Sabah"a daxil olan məlumatda deyilir:

"Fevralın 22-də paytaxtın Suraxanı rayon sakini İlkin Cavadovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dördpendirli pizza

Aparılan araşdırmalarla zərərçəkmişin həmyerlisi Tural Məmmədovun aralarında yaranan mübahisə zamanı yivsiz ov silahı ilə İlkin Cavadovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Tural Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə istintaq davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!