Bəzi media qurumları tərəfindən Gəncə şəhəri ərazisində yerləşən avtomobil zavodunda mühafizə xidmətində çalışan E.Yusibovun zədə alması nəticəsində vəfat etməsi ilə bağlı informasiyalar ictimailəşdirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, fevralın 23-də gecə saat 3 radələrində 1982-ci il təvəllüdlü Elçin Yusibov iş yerində səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya aparılıb.
O, göstərilmiş tibbi yardımlara baxmayaraq, “qəfləti koronal ölüm” diaqnozu ilə vəfat edib. Marqarita pizza
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, ərazidə olan təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə baxış keçirilib.
Hazırda şəhər prokurorluğunda araşdırma davam etdirilir.
Telegram kanalımız