Prokurorluq “Oleq Bakinski”yə dair hökmdən narazıdır

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq “Oleq Bakinski”yə dair hökmdən narazıdır

Kriminal

15 Avqust 2025 12:37 272


Baş Prokurorluq “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçer barəsində olan hökmdən apellyasiya şikayəti və protest verib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Murad Məmmədovun icraatındadır.

Məhkəmənin ilkin baxış iclası sentyabrın 21-də keçiriləcək. Marqarita pizza

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Krapivinə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onunla bağlı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, 6 ay sınaq müddəti seçilməklə cəzası şərti hesab olunub.

Konstantin Kuçerə isə ittiham olunduğu 178.4-cü maddə üzrə bəraət verilib. İttiham olunduğu 221.3-cü maddə üzrə isə qəti olaraq 2 il 6 ay müddətinə həbs cəzası təyin edilib.

Dövlət ittihamçısı isə çıxışında Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!