Psixoloqların işə qəbulu: İlk mərhələ başladı

saytların hazırlanması

Evə çatdırılma

Psixoloqların işə qəbulu: İlk mərhələ başladı

Sosial

07 Aprel 2025 13:24 309


Aprelin 7-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb.

Yenisabah.az xəbər verir ki, müsahibənin vaxtı və məkan haqqında məlumat öncədən SMS vasitəsilə namizədlərə göndərilir.

Namizədə ixtisas üzrə açıq və praktik suallar verilir. Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Marqarita pizza

Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanında iştirak edən 312 namizəddən 139-u müsabiqənin müsahibə mərhələsinə vəsiqə qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!