PSJ Messiyə 30 milyon avro təklif edir

saytların hazırlanması

Evə çatdırılma

PSJ Messiyə 30 milyon avro təklif edir

İdman

30 Sentyabr 2022 13:58 961


PSJ futbolçusu Lionel Messiyə yeni müqavilə təklif edib.

Yenisabah.az xəbər verir ki, bu barədə "El Larguero" məlumat yayıb. Fransa klubu 35 yaşlı hücumçuya 1+1 sxemi ilə sözləşmə təklif edib. Eyni zamanda, Messinin maaşı təxminən indiki səviyyədə qalacaq - 30 milyon avro.

Bildirilir ki, Messi PSJ-nin təklifini nəzərdən keçirəcək.  pizza hut

Daha əvvəl bildirilmişdi ki, Messi parislilərlə müqaviləni yeniləmək fikrində deyil. Futbolçu ilə "Barselona" maraqlanır.

Qeyd edək ki, argentinalı forvard 2021-ci ilin yayından PSJ-də oynayır. O, həmin vaxt 2+1 illik müqavilə imzalamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!