PSJ Neymarı icarəyə vermək istəyir

saytların hazırlanması

Evə çatdırılma

PSJ Neymarı icarəyə vermək istəyir

İdman

05 May 2023 11:46 689


Braziliyalı hücumçu Neymar yay transfer pəncərəsində PSJ-ni tərk edə bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə “L'Équipe” məlumat yayıb. Paris təmsilçisinin idman müşaviri Luis Kampos  forvardın getməsinə razıdır. Amma o, son qərarı futbolçunun meneceri Pini Zahavi və PSJ prezidenti Nasser Əl-Xəlaifinin öhdəsinə buraxır. 

PSJ hücumçunu satın ala bilmə şərti ilə icarəyə verməyə hazırdır. Hesab olunur ki, braziliyalı futbolçu kluba uyğun gəlmir. Çünki PSJ rəhbərliyi komandanın heyətini gəncləşdirmək,  fransalı futbolçuların sayını artırmaq istəyir.  Pepperoni pizza

Son həftələrdə Səudiyyə Ərəbistanından bir klub hücumçu ilə maraqlansa da, bu variant Neymar üçün prioritet deyil. 

Qeyd edək ki, Neymarın Paris klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. “Transfermarkt”a görə, futbolçunun təxmini dəyəri 70 milyon avrodur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!