Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov (“Rodina” partiyası) müğənni Alla Puqaçovanın xarici agent kimi tanımağa çağırıb.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, Puqaçova bir müddət əvvəl sosial şəbəkələrdə həmkarı Stas Mixaylovun ölkədən getməsi ilə bağlı tənqidlərə cavab verərək “normal insanlar geri qayıtmayacaq”, “qayıtsam, fikrimi sizə deyəcəyəm” demişdi.
“Mən abrını itirmiş Puqaçovanın nəhayət xarici agent kimi tanınmasını tələb edirəm. Qoy nifrət etdiyi Rusiyadan pul ala bilməsin, burada konsertlər təşkil edə bilməsin, qonorar almasın. Görəcəksiniz, tezliklə Stas Mixaylov tövbə etmək və bağışlanma diləmək üçün sürünərək gələcək. Lakin artıq gec olacaq”, - deyə Juravlyov qeyd edib. Marqarita pizza
Telegram kanalımız