Putin dünyanı nüvə silahı ilə hədələdi 

saytların hazırlanması

Evə çatdırılma

Putin dünyanı nüvə silahı ilə hədələdi 

Siyasət

22 İyun 2024 12:55 606


Rusiya prezidenti Vladimir Putin yenə hədə dili ilə danışıb. 

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin Şimali Koreya və Vyetnama səfərindən sonra Hanoyda keçirdiyi mətbuat konfransında Rusiyanın Ukrayna ilə müharibədə strateji məğlubiyyətə uğrayacağı təqdirdə, ekstremal tədbirlərə əl atmağa və nüvə silahından istifadə etməyə hazır olduğunu açıqlayıb. 

Putinin sözlərinə görə, Qərb Rusiyanı strateji məğlubiyyətə yaxınlaşdırarsa, Moskva ən ekstremal tədbirlərə əl ata bilər.  Pepperoni pizza

“Rusiya üçün bu, onun dövlətçiliyinin sonu deməkdir. Bu, Rusiya dövlətinin min illik tarixinin sonu deməkdir. Məncə, bu hamıya aydındır. 

Və sonra sual yaranır: niyə qorxmalıyıq? Bütün yolu getmək daha yaxşı deyilmi? Bu elementar formal məntiqdir”. 

Eyni zamanda, Putinin fikrincə, Rusiyanın hələ də qabaqlayıcı zərbə endirməsinə ehtiyac yoxdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!