Putin dünyaya meydan oxudu:   “Sizi peşman edərik!“

saytların hazırlanması

Evə çatdırılma

Putin dünyaya meydan oxudu: “Sizi peşman edərik!“

Dünya

21 Aprel 2021 17:36 1134


Rusiya Prezidenti Vladimir Putin bugünkü ənənəvi Federal Şura çıxışında sərt fikirlər səsləndirib.

Yenisabah.az xəbər verir ki, Putin başqa ölkələri Rusiya ilə münasibətlərdə "qırmızı xətti" keçməməyə səsləyib:

“Qırmızı xətti keçməyin. Bizi qıcıqlandırmayın, yoxsa heç vaxt bu qədər peşman olduğunuzu xatırlamayacağınız nəticələrlə qarşılaşacaqsınız”. Toyuqlu pizza

Rusiya prezidenti öz maraqlarını beynəlxalq hüquq çərçivəsində qorumağa davam edəcəklərini vurğulayıb:

“Hər hansı bir səbəbdən və ya səbəb olmadan Rusiyanı günahlandırmaq bir sıra ölkələr üçün idman növünə çevrilib. Körpüləri yandırmaq istəmirik, hər kəslə yaxşı münasibət qurmaq istəyirik, amma kimsə xoş niyyətimizi zəiflik hesab edərsə, Rusiyanın cavabının simmetrik, sürətli və sərt olacağını bilməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!