Putin İlham Əliyev və Paşinyanla Dağlıq Qarabağ üzrə sazişi müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin İlham Əliyev və Paşinyanla Dağlıq Qarabağ üzrə sazişi müzakirə etdi

Siyasət

14 Noyabr 2020 22:10 2418


Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətində Dağlıq Qarabağla bağlı razılıqların reallaşdırmasının aspektlərini müzakirə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, telefon danışığı zamanı atəşkəsə əməl olunmasından və təmas xəttindəki vəziyyətin sakit olmasından məmnunluq ifadə edilib. pizza mizza

V. Putin İ.Əliyevlə söhbətində üçtərəfli bəyannaməyə uyğun olaraq Azərbaycan Respublikasına qaytarılmış bölgələrdə xristian kilsələrinin və monastırların olduğuna diqqət çəkib. Bu ziyarətgahların təhlükəsizliyinin və normal kilsə fəaliyyətinin təmin edilməsinin vacibliyini vurğulanıb.

Azərbaycan Prezidentinin bununla bağlı məsələnin anlayışla qəbul etdiyini və Azərbaycan tərəfinin məhz bu zəmində hərəkət edəcəyini qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!