Putin: Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı olacaq

saytların hazırlanması

Evə çatdırılma

Putin: Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı olacaq

Siyasət

08 Oktyabr 2024 17:50 782


Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında deyib.

O bildirib: “Biz hər il Birliyin mədəniyyət paytaxtını seçirik və o, bütün ölkələrimizin vətəndaşlarının böyük marağına səbəb olan parlaq, yaradıcı və humanitar tədbirlərin mərkəzinə çevrilir. Hazırda mədəniyyət paytaxtı Səmərqənddir. Təklif olunan qərar layihəsinə uyğun olaraq gələn il estafeti Azərbaycanın Laçın şəhəri qəbul edəcək”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!