Putin Məmmədəli Ağayevi mükafatlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Putin Məmmədəli Ağayevi mükafatlandırdı

Mədəniyyət

29 Aprel 2021 09:22 1650


Moskvada mədəniyyət və incəsənət işçilərinə dövlət mükafatlarının verilməsi mərasimi keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Moskva Akademik Satira Teatrının direktoru, soydaşımız Məmmədəli Ağayevə də Rusiya Prezidenti Vladimir Putinin Fəxri Fərmanı təqdim edilib.

Rusiya Dövlət Böyük Teatrın Bethoven zalında baş tutan mərasimdə çıxış edən Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova mədəniyyət işçilərini fəxri ad almaları münasibətilə təbrik edib. Bildirib ki, bu dəfə rus mədəniyyətinin zəngin tarixi irsinin qorunub saxlanmasına və inkişafına böyük töhfə verən mədəniyyət və incəsənət işçilərinə, yaradıcılıq birliklərinin nümayəndələrinə yüksək mükafatlar və fəxri adlar təqdim olunur. pizza

Təltif olunan 42 nəfər mədəniyyət işçisi arasında həmyerlimiz, Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayev də Rusiya mədəniyyətində xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə Fəxri Fərmana layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!