Putin Pezeşkianla bölgədəki vəziyyəti müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin Pezeşkianla bölgədəki vəziyyəti müzakirə etdi

Siyasət

07 Mart 2026 00:50 626


Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

"Yeni Sabah" xəbər verir ki, Pezeşkian İran xalqı ilə həmrəyliyinə görə Putinə təşəkkürünü bildirib.

"Məsud Pezeşkian Rusiyanın öz ölkəsinin suverenliyi və müstəqilliyini müdafiə edən İran xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib və münaqişənin hazırkı kəskin mərhələsində vəziyyət barədə ətraflı məlumat verib", - Kremlin Mətbuat Xidmətinin məlumatında deyilir. pizza sifarişi

Putin öz növbəsində Moskvanın Yaxın Şərqdə hərbi əməliyyatların dərhal dayandırılması və mümkün qədər tez siyasi və diplomatik həll yoluna qayıtmağın vacibliyi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!