Prezident Vladimir Putin bir neçə kateqoriyadan olan xarici vətəndaşlar üçün Rusiyada yaşamaq icazəsi alma prosedurunu sadələşdirən qanunu imzalayıb.
Yenisabah.az xəbər verir ki, xüsusilə, qanun "xüsusi hərbi əməliyyat" zamanı Rusiya Silahlı Qüvvələrində və ya digər Rusiya hərbi birləşmələrində hərbi xidmət üçün müqavilə bağlayan xarici vətəndaşa müvəqqəti yaşamaq icazəsi almadan 1 il yaşayış icazəsinin verilməsini nəzərdə tutur. Bu imtiyaz o cümlədən hərbi qulluqçu öldükdə (vəfat etdikdə) onun ailə üzvlərinə də şamil olunur.
Həmçinin Rusiyaya sərmayə qoyan əcnəbilər və onların ailə üzvləri üçün yaşayış icazəsinin verilməsinin sadələşdirilmiş proseduru tətbiq edilir. Belə bir xarici vətəndaşın hansı meyarlara cavab verməli olduğunu hökumət müəyyən edəcək. pizza
Telegram kanalımız