Putin Zelenskini xəbərdar etdi - “Oreşnik”in hədəfi ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Putin Zelenskini xəbərdar etdi - “Oreşnik”in hədəfi ola bilər

Dünya

28 Noyabr 2024 15:14 580


Baş Qərargah və Rusiya Müdafiə Nazirliyi hazırda Ukrayna ərazisində "Oreşnik"lə məhv edilmək üçün hədəflər seçir.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

O əlavə edib ki, Kiyevdəki qərar qəbuletmə mərkəzləri "Oreşnik" raketlərinin hədəfinə çevrilə bilər. Dominos pizza

Onun sözlərinə görə, bu raketdən kütləvi şəkildə istifadə olunarsa, zərbənin gücü nüvə silahının gücü ilə müqayisə ediləcək.

Putin bildirib ki, Rusiya “Oreşnik”in kütləvi istehsalına başlayıb.

Prezident qeyd edib ki, Rusiya Federasiyasının dərinliklərinə endirilən zərbələrə cavab olaraq 2 gün ərzində Ukraynaya 100 raket atılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!