Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olundu

Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olundu

Mədəniyyət Veb saytların hazırlanması

29 Noyabr 2023 19:19 2492


Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, elan edilmiş pyes müsabiqəsinə 21 iştirakçı müraciət edib. Müsabiqəyə göndərilən əsərlər münsiflər heyəti tərəfindən dəyərləndirin, müsabiqəyə təqdim edilən pyeslərin arasından Ülviyyə Heydərova “Torpaqlar” pyesi ilə birinci yerə, Niyaz Qasımov “Pənahəli xan” pyesi ilə həvəsləndirici mükafata layiq görülüb.

Müsabiqənin münsiflər heyəti Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist və dramaturq Əli Əmirli, teatr və kino tənqidçisi Aliyə Dadaşova və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, ədəbiyyatşünas Elnarə Akimovadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!