Qadağa yoxdur, amma marketlər yenə boş qaldı

saytların hazırlanması

Evə çatdırılma

Qadağa yoxdur, amma marketlər yenə boş qaldı

Sosial

03 İyul 2020 21:49 1017


Sərt karantin rejiminin uzadılmasından sonra Bakıda fəaliyyət göstərən iri supermarketlərə axın davam edir.

Yenisabah.az xəbər verir ki, yenidən marketlərdə boş piştaxtalara rast gəlmək mümkündür. Bəzi paytaxt sakinləri sərt karantin rejimini səhv anlayaraq bunu küçəyə çıxma qadağası kimi qəbul ediblər.

Belə olan halda isə marketlərdə izdiham yaşanıb. pizza

Halbuki həftəsonu qadağasından fərqli olaraq, sərt karantin rejimi müddətində market, eləcə də apteklərin fəaliyyətinə icazə verilir. 

Qeyd edək ki, Bakı başda olmaqla, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron, Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəkidə sərt karantin rejimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Qeyd edilən bölgələrin sakinləri küçəyə SMS-icazə ilə çıxaraq marketdən alış-veriş edə bilərlər. Həftəsonları isə ictimai nəqliyyatın fəaliyyətinə icazə verilməyəcək.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!