Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket zərbələri endirməsini pisləyib.
Yenisabah.az xəbər verir ki, bu barədə səfir “Twitter”də bildirib.
“Azərbaycanın Bərdə şəhərində çoxsaylı mülki itkilərin olması barədə xəbərlər gəldi. Qadağan olunmuş silahların istifadəsi qəbuledilməzdir və birmənalı şəkildə qınanmalıdır. Güclü ol, Azərbaycan!”, - deyə pakistanlı diplomat qeyd edib. Toyuqlu pizza
Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələrinin Bərdənin mərkəzinə endirdiyi raket zərbələri nəticəsində 21 mülki şəxs həlak olub, 70-ə yaxın şəxs yaralanıb.
Telegram kanalımız